Deputat: "Prezident cəsarətli addım ataraq o qəbirlərin açılmasına göstəriş verdi"

© Sputnik / Tarana KhubadakhshiyevaAMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov
AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Milli Məclis azərbaycanlıların soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir"

BAKI, 30 mart — Sputnik. "Milli Məclis 31 mart azərbaycanlıların soyqırımı və Xocalı soyqırımı ilə bağlı hüquqi qiymətin verilməsi üçün dünya parlamentlərinə müraciət etməlidir".

Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
"Üç gün ərzində Bakı şəhərində 12 mindən çox insan qətlə yetirilib"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasında deputat, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. O bildirib ki, bu gün Xocalı soyqırımını törədən qatillər həyatda yaşayırlar.

"Bu soyqırımının törədilməsini özləri də etiraf ediblər. Sarkisyanın özü də bunu etiraf edib. Bu gün dünyada nədənsə müsəlman aləmində olan qırğınlara qarşı ikili standartlar var. Milli Məclis azərbaycanlıların soyqırımı və Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir" — Mahmudov vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəziləri Stepan Şaumyanın müdafiəsinə qalxıblar: "Həmin vaxtı Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, "Sahil bağı"ndakı "26-lar" adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxtı Azərbaycan prezidenti çox cəsarətli addım ataraq tapşırıq verdi və orada qazıntı işləri aparıldı".

"Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq", — deputat qeyd edib.

Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı komissarı güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb: "Bu, faktdır. Biz jurnalist araşdırması nəticəsində Kəlküttədə Stepan Şaumyanın yaşadığı evi ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var".

Xəbər lenti
0