22:31 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan Ordusu barədə qalmaqallı iddia yalan çıxdı

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
AZƏRBAYCAN
Qısa URL
34001

MN: Azərbaycanın Rusiyadan aldığı silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır

BAKI, 29 mart — Sputnik. "Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır". Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Nazirlikdən qeyd olunub ki, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb: "Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.

Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır". 

Əlaqədar

Müdafiə Nazirliyindən əhaliyə təcili çağırış
Müdafiə Nazirliyi hərbi hissələri ziyarət edənlərə müraciət etdi
Azərbaycan istehlakçısı nə qədər və necə müdafiə olunur?
Türkiyə müdafiə nazirinin müavinindən mühüm Azərbaycan açıqlaması
Dövlət başçısı Müdafiə və Xarici İşlər nazirliklərinə əmr verdi
Teqlər:
Azərbaycan Ordusu, Azərbaycan Müdafiə Nazirliyi, Rusiya, Azərbaycan

Əsas mövzular