İran prezidenti Azərbaycana rəsmi səfərə gəlib

© Photo : AZƏRTACİran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib
İran Prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfərə gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

BAKI, 28 mart — Sputnik. İran İslam Respublikasının prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər lenti
0