17:26 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
15520

Səfirlikdə konsulluq qeydiyyatında olan və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib

BAKI, 20 mart — Sputnik. Aprel ayının 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Hollandiyada yaşayan AR vətəndaşlarının səs verməsinin təmin edilməsi məqsədilə ölkəmizin  Niderland krallığındakı səfirliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Bu barədə Sputnik Azərbaycan-a səfirlikdən məlumat verilib. 

Bildirilib ki, səfirlikdə konsulluq qeydiyyatında olan və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Müvafiq seçki dairəsi üzrə səfirlikdə seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının iclası keçirilərək komissiyanın üzvləri, həmçinin sədri və katibləri müəyyən olunub.

Niderlandda yaşayan, seçici siyahısına daxil edilmiş vətəndaşlarımız seçkilərdə iştirak etməyə dəvət olunublar. Bununla yanaşı, səsvermə günü Niderlandda ezamiyyətdə olacaq Azərbaycan vətəndaşları da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.


Əlaqədar

Rusiyada seçki protokollarının sayılması başa çatır: Yekun nəticələr
Rusiyada milyonlarla seçici öz seçki məntəqəsində səs verməyəcək
Növbədənkənar seçki hazırlığına başlanacağı tarix bəllidir
Putinin seçki kampaniyasına 350 milyon xərclənib
Səfir: "Artıq seçki məntəqələri yaradılıb"

Əsas mövzular