18:38 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9424
Artur Rasizadə, Azərbaycan Respublikasının baş naziri

Artur Rasi-zadədən Azərbaycan-Türkiyə əlaqələri barədə önəmli bəyanat

© Photo: APA
AZƏRBAYCAN
Qısa URL
166 0 0

Artur Rasi-zadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb

BAKI, 14 mart — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Baş nazir Artur Rasi-zadə Türkiyənin Baş naziri Binəli Yıldırımın ölkəmizə səfərindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Azərbaycan xalqının Türkiyədə baş verən prosesləri yaxından izlədiyini vurğulayan Artur Rasi-zadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Baş nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını deyib.

Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən Baş nazir Binəli Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğuladı. Binəli Yıldırım Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd edib. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Türkiyəli qonaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd edib.

Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirib.

Əlaqədar

Türkiyə öz müttəfiqinə nota verdi
Türkiyə telekanallarına baxmaq dövrü bitdi
Türkiyə Silahlı Qüvvələri: Afrinə 2 km qaldı, atışma gedir
Türkiyə-Yunanıstan sərhədində olay: İki jurnalist tutuldu
Türkiyə təyyarəsi qəzaya uğradı: Sağ qalan yoxdur

Əsas mövzular