Azərbaycan ordusundan böyük şücaət - VİDEO

© AR Ministry of DefenseTəlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər
Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Ordumuzun genişmiqyaslı təlimləri davam edir

BAKI, 13 mart — Sputnik. Azərbaycan ordusunun genişmiqyaslı təlimləri davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən təlimlərin rəhbərinin qərarına əsasən qoşunlar döyüş təyinatı rayonlarına çıxarılma üzrə gecə vaxtı tapşırıqları yerinə yetirib. Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində kombinə üsulu ilə yürüş icra ediblər.

Bunun ardınca müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir. Təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Davam edən təlimlərdə qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub. Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Xəbər lenti
0