10:23 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
34 0 0

Prezident: "Əminəm ki, seçkilər Azərbaycan xalqının iradəsini əks etdirəcək"

BAKI, 12 mart — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 12-də ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Martın 13-də ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçiriləcəyinin önəmi vurğulanıb və bunun əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd olunub.

Görüşdə, eyni zamanda, ATƏT Parlament Assambleyası sessiyalarından birinin ölkəmizdə təşkil olunacağı məmnunluqla ifadə edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə, həmçinin Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə də toxunulub. Prezident İlham Əliyev bu seçkilərin ədalətli, şəffaf şəkildə keçiriləcəyinə və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

Georgi Tsereteli Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib, Azərbaycanın iqtisadi uğurlarının böyük maraq doğurduğunu və bunun ümumilikdə bütün regionun inkişafına töhfə verdiyini vurğulayıb.

Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqədar

Prezident İlham Əliyev bir sıra sahələrdə çalışanların maaşlarını artırdı
İlham Əliyev Yaponiya səfirini "Azərbaycanın dostu" adlandırdı
İlham Əliyev iki vacib sahənin işçilərinin maaşını artırdı
İlham Əliyev faciəli xəbərə belə reaksiya verdi
İlham Əliyev bu sahənin əməkdaşlarının maaşlarını artırdı
Teqlər:
seçki, görüş, nümayəndə heyəti, Georgi Tsereteli, ATƏT Parlament Assambleyası, İlham Əliyev, prezident, Azərbaycan Respublikası

Əsas mövzular