Milli Məclis tarixində bir ilk baş verdi

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda Milli Məclisin 100 illik yubileyinə həsr olunmuş Parlament Komandalararası beynəlxalq futbol turnirinə start verilir

BAKI, 9 mart — Sputnik. Bu gün cari ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhurriyəti İli" elan edilməsi haqqında imzaladığı sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq "Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş Parlament Komandalararası beynəlxalq futbol turniri"nə start verilir.

Milli Məclis - Sputnik Azərbaycan
Milli Məclis prezidentin təklifini qəbul etdi

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin ilk dəfə təşkil etdiyi, idman və siyasətin vəhdəti olan bu tədbir həm ölkəmizin, həm də parlamentimizin tarixində baş tutacaq ilk belə beynəlxalq futbol turniridir.

Turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandalarının iştirakı ilə 9-11 mart 2018-ci tarixlərində Bakı şəhərində keçiriləcək. Tədbirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, ölkəmizin idman siyasətini tətbiq etməklə Azərbaycanın mövqeyini beynəlxalq arenada möhkəmləndirmək və tanıtmaqdır.

Bu gün Milli Məclisin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlamentlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumunun imzalanması, Ukrayna nümayəndə heyəti ilə isə rəsmi görüş nəzərdə tutulur.

Qeyd edək ki, 1 noyabr 2017-ci ildə Milli Məclisin Gənclər və idman komitəsi ilə Ukrayna Ali Radasının müvafiq komitəsi arasında analoji saziş imzalanıb. 9 mart tarixində baş tutacaq ilk oyunla turnirə strart veriləcək.

Xəbər lenti
0