05:54 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
1716 0 0

Martın 20-də "Açıq qapı" günü keçiriləcək

BAKI, 8 mart — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

"Açıq qapı" günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Əlaqədar

Əsgərlərin şəhid olduğu təpə belə alındı – FOTOLAR
Cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüş olub
Azərbaycan Ordusunun 43 əsgəri geri döndü
Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edildi
Əsgərimiz şəhid olub
Teqlər:
valideyn, əsgər, "Açıq qapı" günü, müdafiə naziri general-polkovnik Zakir Həsənov

Əsas mövzular