Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm can sağlığı arzulayıb.

Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli - Sputnik Azərbaycan
QARABAĞ
Prezident Xocalı abidəsini ziyarət edib

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib. Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı nəticəsində günahsız insanların ermənilər tərəfindən qətlə yetirilməsini bir daha pisləyib, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti
0