Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı yeni mərhələdə

Abunə olmaq
Parlament Azərbaycanla Türkiyə arasında əməkdaşlıq ilə bağlı Sazişi təsdiq edib

BAKI, 23 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu Sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirərək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.

Bu Saziş tərəflərin səlahiyyətli orqanları və/və ya müdafiə sənayesi müəssisə və təşkilatları arasında müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin əsaslarını əhatə edir.

Bu Sazişi icra edəcək səlahiyyətli orqanlar Azərbaycan Hökuməti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Türkiyə Hökuməti tərəfindən isə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Müşavirliyidir.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş parlamentdə səsə qoyularaq təsdiq edilib.

Xəbər lenti
0