12:15 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
221120

Azərbaycanlı "qanuni oğru" və onun adamları çeçenin öldürülməsində iştirak etməyib. Çeçenin qan davasında öldürüldüyü məlum olub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbi ilə məşhur olan Nadir Səlifov və onun başçılıq etdiyi klan hansısa çeçenin öldürülməsində iştirak etməyib.

Bu barədə Sputnik Azərbaycan-a Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyindəki informasiyalı mənbə məlumat verib.

Daha əvvəl yerli KİV-lər yazmışdı ki, Nadir Səlifovun ünvanına internet-şəbəkələrdə təhqiramiz ifadələrin yer aldığı videoçarxı yayan Timur adlı şəxs öldürülüb. Sonra sosial şəbəkələrdə morqdan çəkilmiş video-kadrlar yayımlanıb. Həmin kadrlardakı çoxsaylı güllə yarası almış kişi meyiti zahirən Timur adlı şəxsə çox bənzəyir. Bu yolla göstərmək istəyiblər ki, "Lotu Quli" onu təhqir edən çeçenlə hesablaşıb.

Lakin məlum olub ki, öldürülmüş şəxs Çeçenistanın Urus-Martan rayonunun Alxan-Yurt kəndinin sakini, 1982-ci il təvəllüdlü Dutayev Apti Əhməd oğludur.

Cinayət fevralın 12-də gecə vaxtı Urus-Martan rayonunun Sentralnaya Usadba (Mərkəzi malikanə) küçəsində baş verib. 1991-ci il təvəllüdlü polis məmuru Mairbek Taşayev münaqişə zamanı özünün tabel silahı olan Kalaşnikov avtomatı ilə qarşı tərəfi atəşə tutub.

Nəticədə Kalaşnikov avtomatı ilə silahlanmış Dutayev sol budundan və baldırından çoxsaylı güllə yarası alıb. Kişi fevralın 13-də xəstəxanada keçinib.

Əldə olunmuş məlumatlara görə, qətl qan davası zəminində baş verib. Dutayev 17 may 2015-ci il tarixində Alxan-Yurt kəndindəki meşə zolağında tanışı Ramli Maqomedovu avtomatla qətlə yetirib.

İlkin istintaq zamanı Dutayevin cinayətə dəxli olduğu barədə kifayət qədər sübutların toplanmasına baxmayaraq, o, törətdiyi qətlə görə cəza almayıb. Buna görə də, Maqomedovun yaxınları Dutayevin cəzasını özləri vermək qərarına gəliblər.

Əlaqədar

Şeyx Həmzət və "Lotu Quli" qarşıdurması milli münaqişəyə çevrilə bilərmi?
Kriminal aləm və xüsusi xidmətlərin diqqəti orada: "Lotu Quli"nin taleyi həll olunur
"Lotu Quli" beynəlxalq axtarışa verildi
Teqlər:
Dutayev Apti Əhməd oğlu, Lotu Quli, Nadir Səlifov, Urus-Martan rayonu, Çeçenistan, Rusiya, Azərbaycan

Əsas mövzular