12:06 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
143 0 0

İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, prezidentin rəsmi saytında yer alan başsağlığında deyilir:

"Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Xatırladaq ki, "Aseman Airlines" şirkətinə məxsus təyyarə İsfahan vilayətində yerə düşüb. Təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş.

Ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Ələddin Borucerdi qəzaya uğramış təyyarədə 66 nəfərin olduğunu bildirib.

Təyyarədə 60 sərnişin və 6 ekipaj üzvü olub. Qəza zamanı təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısı həlak olub.

Təyyarə əlverişsiz hava şəraiti səbəbindən Dena dağına çırpılıb. İran mediası xilasedicilərin olduğu vertolyotun təyyarənin qəzaya uğradığı əraziyə eniş edə bilmədiyini xəbər verib.

Əlaqədar

İranda sərnişin təyyarəsi qəzaya uğradı, çoxlu sayda ölən var
Azərbaycan XİN İranda baş vermiş təyyarə qəzasına münasibət bildirdi
Teqlər:
İsfahan, Aseman Airlines, Hasan Ruhani, Ilham Aliyev, təyyarə qəzası, İran, İlham Əliyev, İranda təyyarə qəzası, Azərbaycan prezidenti İlham Əliyev, Həsən Ruhani, İran İslam Respublikası

Əsas mövzular