Moskvada 3 yaşlı azərbaycanlı qız uşağı donaraq ölüb...

© Sputnik / Anton Podgayko / Mediabanka keçidRusiyada şaxtalı hava, arxiv şəkli
Rusiyada şaxtalı hava, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəhra qar komasının üstünə yıxılıbmış və artıq nəfəs almırmış

BAKI, 16 fevral — Sputnik. Bu gün Moskva vilayətindəki uşaq bağçalarından birində 3 yaşlı azərbaycanlı qızın ölümü ilə nəticələnən faciə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Moskovskiy şəhərindəki 2120 nömrəli uşaq bağçasında olub. Tərbiyəçi uşaqları çölə gəzməyə çıxarıb və az sonra geri qayıdıb. Qrup səhər yeməyinə yollanıb. Bir qədər sonra uşaqlardan birinin çatmadığı aşkar edilib. Müəyyən edilib ki, 3 yaşlı Zəhra Rzayeva yoxdur.

Tərbiyəçi və dayə dərhal küçəyə çıxıblar. Onu ancaq 2 saat sonra tapıblar. Zəhra qar komasının üstünə yıxılıbmış və artıq nəfəs almırmış. Hadisə yerinə çağırılan təcili yardım uşağın soyuqdan öldüyünü müəyyən edib.

Hazırda hadisə yerində polis əməkdaşları işləyir. Müəssisə əməkdaşları uşağın "bioloji" səbəbdən öldüyünü iddia edir.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.

Xəbər lenti
0