05:00 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Firdovsiyyə Əhmədova

"Türkmənçay müqaviləsi bölgədə münaqişə ocaqlarının yaranmasına rəvac verdi"

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
5410

Firdovsiyyə Əhmədova: "Bu müqavilə həm də indiki Dağlıq Qarabağ münaqişəsinin başlanmasının kökü kimi qiymətləndirilir"

BAKI, 15 fevral — Sputnik. "Türkmənçay müqaviləsi müasir Azərbaycan tarixinin bütün məqamlarında öz təsirini göstərir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə tarixçi alim Firdovsiyyə Əhmədova deyib.

O bildirib ki, indi müəyyən qüvvələr bu müqavilədən öz maraqları çərçivəsində istifadə etməyə çalışır: "Bu gün azərbaycanlıların böyük hissəsi İran ərazisində yaşayır. Türkmənçay müqaviləsi parçalanmış bir xalqın bütün ictimai siyasi mədəni həyatına öz təsirini göstərib".

"Bu müqavilə həm də indiki Dağlıq Qarabağ münaqişəsinin başlanmasının kökü kimi qiymətləndirilir. Çünki bu müqavilədən sonra yaradılan inzibati ərazi vahidləri münaqişə ocaqlarının yaranmasına rəvac verdi", — F.Əhmədova vurğulayıb.

Əlaqədar

Türkmənçay müqaviləsinin 190 illiyi və onun tarixi nəticələri
Hüseynov: “Türkmənçay müqaviləsinin ideoloji əhəmiyyəti var”
"Türkmənçay müqaviləsinin arxasında Britaniya dayanır"
Türkmənçay sazişinin 190 illiyi: Sülh bizə nələr verdi?
Teqlər:
Türkmənçay müqaviləsi, münaqişə, tarix, Azərbaycan

Əsas mövzular