Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

© Official website of President of Azerbaijan RepublicFutbol üzrə dünya çempionatının Kubokunun əsli İlham Əliyevə təqdim edilib
Futbol üzrə dünya çempionatının Kubokunun əsli İlham Əliyevə təqdim edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Əfsanəvi futbolçu Kristian Karambo dünya çempionatının Kubokunu Prezident İlham Əliyevə təqdim edib

BAKI, 9 fevral — Sputnik. Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 9-da kubok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Görüşdə çıxış edən Kristian Karambö deyib: “Azərbaycanda olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin gözəl şəhəriniz var. Sizin həmişə idmana dəstək verdiyinizi bilirəm və buna görə Sizə minnətdarıq. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Cənab Prezident, bu Kubok Sizə təqdim olunur, siz buna layiqsiniz”.

Əfsanəvi futbolçu Kristian Karambo dünya çempionatının Kubokunu Prezident İlham Əliyevə təqdim edib. 

Dünya Kuboku Bakıda - Sputnik Azərbaycan
İDMAN
Məşhur mükafat Bakıya gətirilib

Azərbaycan Prezidenti İlham Əliyev isə öz çıxışında minnətdarlığını bildirib: 

"Mən FIFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram. Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına — Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FIFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FIFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq".

Sonra FIFA prezidenti Canni İnfantinonun ənənəsinə uyğun olaraq FIFA-nın rəsmi nümayəndəsi xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.

AFFA-nın baş katibi Elxan Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, futbol üzrə dünya çempionatının Kuboku xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların müşayiətilə Bakıya gətirilib. Hətta uşaqlar təyyarədə Kristian Karambo ilə topla oynayıblar. Dünya çempionatının kuboku yerli azarkeşlərin görməsi üçün “Gənclik Mall”da nümayiş etdirilir.

Xəbər lenti
0