CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Qran-Prisinin vaxtı dəyişdirildi

© Sputnik / Murad OrujovFormula 1 üzrə Azərbaycan Qran Prisinin birinci günü
Formula 1 üzrə Azərbaycan Qran Prisinin birinci günü - Sputnik Azərbaycan
Abunə olmaq
27-29 apreldə keçiriləcək Azərbaycan Qran-Prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək

BAKI, 2 fevral — Sputnik. 2018-ci ildə keçiriləcək Formula-1 üzrə bütün Qran-Prilərin başlama saatı dəyişdirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 14:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-Pridən əvvəl daha çox reklam verə biləcəklər.

27-29 apreldə keçiriləcək Azərbaycan Qran-Prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

Xəbər lenti
0