SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir neçə ölkədəki səfir və baş konsul geri çağırılıb

Abunə olmaq
Sabir Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb

BAKI, 29 yanvar — Sputnik. Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Pərviz Cəfər oğlu İsmayılzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu, Sabir Məmməd oğlu Ağabəyov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri, Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. 

Xəbər lenti
0