19:13 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
AXC-ni yaradanlar

Azərbaycanda "Cümhuriyyət parkı"nın salınması təklif olunur

Public Domain
AZƏRBAYCAN
Qısa URL
7510

Millət vəkili: "Tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar"

BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda "Cümhuriyyət parkı" salınmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov deyib.

İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Komitə sədri bildirib ki, həmin parkda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxslərin abidələri ucaldılmalıdır: "Bəzən fikir irəli sürürlər ki, xarici ölkələrdən həmin insanların qəbirləri gətirilsin. Bunlar edilə də bilər, edilməyə də. Amma parkın salınması vacibdir. Bununla da insanlar həmin parka gedib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolu olan şəxsləri yad edə bilərlər".

R.Hüseynov deyib ki, gələcəkdə Azərbaycanda "Cümhuriyyət parkı" olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar.

Xatırladaq ki, dövlət başçısının sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib.

Əlaqədar

İskəndərov: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir
Tarixçi: Cümhuriyyətin ən mühüm işi silahlı qüvvələrin yaradılması olub
Professor: “Bu gün nəyimiz varsa Cümhuriyyətə borcluyuq”
Teqlər:
Rəfael Hüseynov, "Cümhuriyyət parkı", şəxsiyyət, Azərbaycan

Əsas mövzular