07:35 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
AZƏRBAYCAN
Qısa URL
131 0 0

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır

BAKI, 27 yanvar — Sputnik. Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın hadisənin ötən gecə baş verdiyini bildirib. 

Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın
© Photo : APA
Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın

İ. Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri, həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.

Əlaqədar

Diaspor Komitəsi ÜAK-ın ləğvi cəhdinə münasibət bildirdi
Diaspora Komitəsi: Almaniya parlamentinin qərarı qərəzlidir
"Diaspor İlhan Aşkını sonadək müdafiə etməlidir"
Diaspor rəhbəri dekabrın 6-da məhkəmə qarşısına çıxacaq
Teqlər:
İlhan Aşkın, Azərbaycan diaspor təşkilatı, basqın, Niderland

Əsas mövzular