19:39 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
AZƏRBAYCAN
Qısa URL
276 0 0

Yaralanan azərbaycanlıların qardaş olduqları və koma vəziyyətinə düşdükləri bildirilir

BAKI, 19 yanvar — Sputnik. Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində ən azı iki azərbaycanlı ağır yaralanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdəki kafelərdən birinin yaxınlığında baş verib.

Yerli vaxtla saat 19:00 (Bakı vaxtı ilə 20:00) radələrində şəhərin Krasnoarmeysk rayonundakı "Russkiy çay" kafesinin qarşısında atışma olub. İlkin məlumata görə, kafenin qarşısında dayanan 2 azərbaycanlı, 1 rus və 1 çeçenə hücum edilib. Hücum edənlərin də qafqazlı olduğu bildirilir. Atəş nəticəsində 1993-cü il təvəllüdlü rus gənc öldürülüb. Azərbaycanlılar və çeçen ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Azərbaycanlıların qardaş olduqları və koma vəziyyətinə düşdükləri bildirilir.

Bəzi məlumatlara görə, yaralanan qardaşlardan birinin adı Vaqifdir. O biri qardaşın adı çəkilmir.

Hücum edənlər maşınla hadisə yerindən uzaqlaşıblar. Şəhərdə əməliyyat keçirilir. Bəzi məlumatlara görə, hücum edənlər tutulublar.

Əlaqədar

Universitetdə atışma oldu, iki nəfər güllələndi
Səhəri güllələnmə xəbəri ilə açdıq
Bu görüntülər şoka saldı: Polis silahsız şəxsi güllələyir - Video
Keçmiş arvadını iş başında güllələdi
Tanınmış jurnalist güllələndi
Teqlər:
güllələmə, Volqoqrad şəhəri, ölüm, Rusiya, azərbaycanlı

Əsas mövzular