23:53 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
AZƏRBAYCAN
Qısa URL
13 0 0

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb

BAKI, 17 yanvar — Sputnik. Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edir.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Əlaqədar

Azərbaycanın “xüsusi təyinatlı gözəli” müdafiə nazirinə kitab həsr edib
Türkiyə müdafiə nazirinin səfəri zamanı ajiotaj
Rusiyanın Müdafiə Nazirliyi Türkiyəyə məktub yazaraq nəyi tələb etdi?
Müdafiə Nazirliyi cavab verdi
Dövlət idarəsi Müdafiə Nazirliyinə qarşı dava açdı
Müdafiə naziri orduya tapşırıq verdi
Teqlər:
Pakistan İslam Respublikası, general, Müdafiə Nazirliyi, Azərbaycan Respublikası, Bakı, görüş

Əsas mövzular