00:45 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
AZƏRBAYCAN
Qısa URL
137 0 0

Ukraynalı cütlük Bakıya ilk səfərdən sonra hər yay burada istirahət etmək qərarına gəlib

BAKI, 15 yanvar — Sputnik. Ukraynanın STB telekanalında yayımlanan "Зважені та щасливi" ("Çəkilmişlər və xoşbəxtlər") layihəsinin iştirakçıları — ailə cütlüyü Maksim və Alina Pismiçenkolar öz toy səyahətlərini Azərbaycanda keçiriblər.

Sputnik Azərbaycan bunu cütlüyün istirahətinin əks olunduğu videoçarxın yerləşdirildiyi şounun "Youtube" sosial şəbəkəsindəki rəsmi səhifəsinə istinadla xəbər verir. Cütlük verlişdə Bakı səyahətlərindən bəhs ediblər. 

"Bakı ailəvi istirahət, yeni nəsə görmək istəyən romantik cütlüklər üçün nəzərdə tutulub. Doğrusu, ora səfər edənə qədər biz heç təsəvvür belə etməzdik ki, Bakıda istirahət üçün bu cür imkanlar var. Adətən istirahət üçün Türkiyəyə, Misirə üstünlük verirlər. Bis isə qərarımızı vermişik, artıq hər il Bakını seçəcəyik" — deyə ilk dəfə təyyarə ilə xarici ölkəyə səfər edən Maksim və Alina etiraf ediblər.

Cütlük Bakıda İçərişəhərə, çimərliyə, Yanadağa və digər turistik yerlərə səfər ediblər. Cütlük öz istirahətlərindən məmnun qalıblar.

Qeyd edək ki, çəkilişlər AZAL aviadaşıyıcısının dəstəyi ilə Turizmin İnkişafı üzrə Milli Büro tərəfindən təşkil edilib.

Pismiçenko cütlüyü artıq beş ildir ki, birlikdədir. Amma onlar bu yaxında evləniblər. Cütlük "Зважені та щасливi" layihəsində artıq çəkidən azad olmaq və əlaqələrini daha da möhkəmləndirmək üçün iştirak edirlər. Bu şouda öz artıq çəkilərindən azad olmaq və dəyişərək nikahlarını qorumaq istəyən ailə cütlükləri iştirak edirlər.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanı 57 756 ukraynalı turist ziyarət edib. Ümumilikdə isə ötən il ölkəmizi ziyarət edən turistlərin sayı 20% artıb.

Əsas mövzular