23:01 19 Yanvar 2018
Canlı yayım
Gəncə

Azərbaycanda "yoxa çıxan" rus alimin qəribə sərgüzəşti - FOTO

© Foto: Yenigence
AZƏRBAYCAN
Qısa URL
293 0 0

Hərbçilər Çulkovun sərbəst buraxıldığını bildirsələr də, alim Gəncəyə gəlməyib

BAKI, 13 yanvar — Sputnik. Yeni ilin ilk günlərində Azərbaycana gələn və itkin düşən Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov tapılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu onun anası Olqa Çulkova deyib.

Anası bildirib ki, Dmitri onunla telefonla danışıb: "Ona zəng etməyə icazə veriblər. Yemək verirlər, tezliklə azad edib, Moskvaya göndərəcəklər. Bir neçə dəfə təkrar etdi ki, onu döyməyiblər". Çulkova onu da bildirib ki, Rusiyanın Azərbaycandakı səfirliyindən onunla əlaqə saxlayaraq, oğlunun təhlükədə olmadığını və tezliklə evə qayıdacağını söyləyiblər.

Qeyd edək ki, Dmitri Çulkov yanvarın 3-də Gəncəyə gəlib və şəhərdəki özəl mehmanxanalardan birində yerləşib. Mehmanxana sahibinin sözlərinə görə, alim yanvarın 5-də Göygölə yola düşüb. Çulkov mehmanxana sahibinin məsləhətinə qulaq asmayaraq, Göygölə taksi ilə yox, piyada yollanıb.

Dmitri Çulkov
Dmitri Çulkov

İddiaya görə, Çulkov gölə aparan yolun üstündə yerləşən hərbi hissənin ərazisinə keçib. Çünki az sonra təhlükəsizlik xidmətinin əməkdaşları mehmanxanaya gəliblər və Çulkovun otağında axtarış apararaq ona məxsus əşyaları özləri ilə aparıblar. Onlar deyiblər ki, Çulkov bilərəkdən xüsusi olaraq qorunan ərazinin hasarını aşıb və mühafizəçilərin tələblərinə riayət etməyib.

Tanışları onu da iddia ediblər ki, yanvarın 9-da mehmanxana sahibi ilə əlaqə saxlayan hərbçilər Çulkovun sərbəst buraxıldığını bildirsələr də, alim Gəncəyə gəlməyib. O, həmçinin internetə də çıxmayıb və anasının davamlı zənglərinə cavab verməyib.

Rusiya mediasına danışan mənbə bildirib ki, Çulkov Azərbaycana gedərkən bir həftəyə geri qayıdacağını deyib. Ancaq Azərbaycana getdikdən 2 gün sonra onunla əlaqə kəsilib.
Qeyd olunur ki, Çulkovun yanvarın 10-na təyyarə bileti olsa da, o, həmin gün uçuş qeydiyyatından keçməyib. Hazırda alimin yaxınları və həmkarları onun axtarışı ilə məşğuldurlar.

Əlaqədar

Alimlər artıq çəkinin üstünlüklərini kəşf ediblər
Salmanov: “Yaş məhdudiyyəti alimlərin qrant almasında problem yaradır”
Alimlər hansı yuxunun daha faydalı olduğunu açıqlayıblar
Dünya şöhrətli alimdən qorxunc xəbərdarlıq gəldi
"İlin gənc alimi" açıqlandı
Teqlər:
itkin düşmə, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı, iddia, Gəncə

Əsas mövzular