09:13 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Azərbaycan ordusu

Zakir Həsənov orduya tapşırıq verib

© Foto: APA
AZƏRBAYCAN
Qısa URL
68610

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

BAKI, 12 yanvar — Sputnik. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

Cəbhəboyu zonada yerləşən poliqonlarda komanda-qərargah hərb oyunlarının döyüş atışlı mərhələsi
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi, Naxçıvan və Gəncə Qarnizon Zabitlər Evləri kollektivlərinin iştirakı ilə faciəyə dair bədii kompozisiya və tamaşaların, eləcə də sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

Əlaqədar

20 Yanvar hadisələrinə necə yanaşılmalıdır
ƏƏSMN-də 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
"20 Yanvar - Şəhidlik zirvəsi" mövzusunda konfrans keçirilib
Əlil Təşkilatları İttifaqının rəhbəri: “20 Yanvar hadisələrində 307 nəfər əlillik qazandı”
Teqlər:
Zakir Həsənov, 20 Yanvar, Azərbaycan Respublikası, ordu

Əsas mövzular