05:01 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Министерство обороны Азербайджанской Республики

Müdafiə Nazirliyi cavab verdi

© Sputnik / Anar Mustafayev
AZƏRBAYCAN
Qısa URL
128 0 0

Müdafiə Nazirliyi ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər barəsində hesabat verib

BAKI, 10 yanvar — Sputnik. İctimaiyyətlə əlaqələr sahəsində 2017-ci ilin dekabr ayı ərzində Müdafiə Nazirliyi tərəfindən hansı tədbirlər həyata keçirilib?

Müvafiq sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər:

"2017-ci ilin dekabr ayı ərzində Müdafiə Nazirliyi ilə müxtəlif dövlət, icra hakimiyyəti strukturları, eləcə də yerli və xarici qeyri-hökumət təşkilatları, ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzuda tədbir və layihələr icra olunub.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəmkir, Ağdaş, Göygöl, Füzuli, Beyləqan, Bərdə, Tovuz, Qazax, Qusar və Xocavənddə 13 hərbi-vətənpərvərlik tədbiri keçirilib. 

Dekabr ayında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, YAP Nəsimi və Nizami rayon təşkilatları, "İRƏLİ" İctimai Birliyi, "Xocalı soyqırımını tanıtma" İctimai Birliyi və digər qurumların nümayəndələrinin iştirakı ilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20-dən artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Dekabr ayında ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 127 rəsmi məlumat, 83 foto, 4 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə ötürülüb, media nümayəndələrinin 7 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən çəkilişlər aparılmasına 3 icazə məktubu verilib, təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və informasiya agentlikləri Bakıda və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə keçirilən 12 tədbirə dəvət olunub.

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilib".

Əsas mövzular