17:57 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
172430

Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini deyib

BAKI, 10 yanvar — Sputnik. Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Sputnik Azərbaycan xəbər verir ki, prezident bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini deyib.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
© Official website of President of Azerbaijan Republic

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyi 28 may 1918-ci ildə Tiflis şəhərində Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən elan olunub. Həmin vaxt onun ərazisi 99 908,86 km² olub, 13 983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.

Sonra Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal edilib.

Əlaqədar

İlham Əliyev AXC atributuna xüsusi ehtiram nümayiş etdirdi
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının növbəti ildönümüdür
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfini xilas edən üsyan
Teqlər:
Azərbaycan Xalq Cümhuriyyəti İli, AXC, İlham Əliyev, prezident

Əsas mövzular