Bu ərazilərdə sürüşmə zonaları aktivləşib

© Sputnik / Ilham AhmadovŞamaxıda sürüşmə
Şamaxıda sürüşmə - Sputnik Azərbaycan
Abunə olmaq
Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aparılan müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb

BAKI, 5 yanvar — Sputnik. "Şamaxı şəhəri, 48-A məhəlləsi — sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində artım baş verib, sürüşmə sahəsində aktivlik müşahidə edilir və sürüşmə sahəsi genişlənməkdədir".

Bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, bundan başqa, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb: “Sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə aktivləşib və uçqun-töküntü hadisələri müşahidə olunub. Muğanlı-İsmayıllı yolunda hər zaman aktivləşmə müşahidə edilir. Çuxuryurd meydan yolunun 4-cü kilometrliyində aktivləşmə var. Astara rayonunda Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də sürüşmə sahələri aktivləşib. Şabran rayonunun Qazbabalı kəndində aktivləşmə müşahidə edilir". 

Bakı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakını böyük fəlakət gözləyir: 8-12 ballıq zəlzələ, sürüşmə və ...

Qaralov qeyd edib ki, Lənkəran-Lerik yolunun 17-19 km-də atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: "Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Habelə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və töküntü prosesləri yaranıb. Lənkəran rayonunda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-17, 24-26 km-də də yamac boyu uçqun-töküntü və sürüşmə sahələri qeydə alınıb".

Onun sözlərinə görə, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında isə aktivlik müşahidə edilib: "Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aparılan müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb".

Xəbər lenti
0