CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn ildən yeni kanala baxa biləcəyik: “Türkel TV” gəlir

CC0 / HolgersFotografie / pultTelevizora baxan adam. Arxiv şəkli
Televizora baxan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
AzTV" və "Mədəniyyət TV" kanallarının Bakı şəhəri və Abşeron yarımadasında HD formatında yayıma başlaması barədə qərar qəbul edilib

BAKI, 28 dekabr — Sputnik. 28 dekabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Televiziya - Sputnik Azərbaycan
ANS-i hansı telekanal əvəz edəcək?

Sputnik Azərbaycan MTRŞ-ya istinadla xəbər verir ki, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilən müsabiqədə iştirak edən "BAKU ART LAB" MMC, "Türkel TV" MMC, "MEDİA MASTER" MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6, 9.6-cı bəndini, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV" MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

İclasda, həmçinin "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin 01 yanvar 2018-ci il tarixdən "AzTV" və "Mədəniyyət TV" kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

Xəbər lenti
0