"Sovetski"də yeni köçürülmə dalğası başlayır

Abunə olmaq
"Gələn ilin yanvarından daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək"

BAKI, 28 dekabr — Sputnik. "Sovetski"dən növbəti köçürülmə prosesinə başlanır. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, gələn ilin yanvarından Bakının "Sovetski" adlanan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamovun verdiyi açmıqlamaya görə, "Sovetski"dən köçürmənin birinci mərhələsi bu ilin avqustunda başa çatıb. İlkin prosesdə 4300 ailə ərazidən köçürülüb, böyük ərazi abadlaşdırılıb: "Yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Gələn ilin yanvarından daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək".

Xəbər lenti
0