SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakı konfransı dünyanın siyasi və dini liderlərinə müraciət edib

© Sputnik / Murad OrujovВид на Flame Towers в Баку
Вид на Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıb

BAKI, 21 dekabr — Sputnik. Bakıda, Heydər Əliyev Mərkəzində “2017 — İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciəti Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Sabir Həsənli oxuyub.

Müraciətdə deyilir:

21 dekabr 2017-ci il tarixində dövlət, elm və din xadimlərinin, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçilərinin iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlər arası dialoq” adlı Beynəlxalq Konfrans keçirilmişdir.

Konfrans iştirakçıları, 

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirib

Mədəniyyətlər və dinlərarası dialoqun, milli, mədəni və dini dəyərlərin və ənənələrin qorunmasına və inkişafına xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri, cənab İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində dinlərarası dialoq mövzusunda 2017-ci ildə Azərbaycanda, Finlandiyada, İranda, Türkiyədə, Rusiyada, Özbəkistanda və İspaniyada keçirilmiş birgə konfransları təqdir etdilər və Azərbaycan Respublikasının Prezidentinin bu tədbirlərə göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdilər;

Türkiyə Respublikası Prezidentinin, İran İslam Respublikasının Prezidentinin, Özbəkistan Respublikası Prezidentinin, Müqəddəs Taxt-Tacın, Ekumenik Patriarxının, Moskva və bütün Rusiya Patriarxının, bütün Gürcüstanın Katolikos-Patriarxının müraciətnamələrini alqışladılar;

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, mədəniyyətlər və dinlərarası dialoqun və bununla bağlı beynəlxalq əməkdaşlığın təşviq edilməsinin sülh və təhlükəsizliyin əsas təminatı kimi çıxış etdiyini vurğuladılar. Bu sahədə qlobal təhdid və çağırışların qarşısının alınmasına yönəlmiş 2008-ci ildən başlamış Bakı prosesinin və əlaqədar beynəlxalq təşəbbüslərin davam etdirilməsinin və bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd etdilər;

Ayrı-seçkiliyin, ksenofobiyanın, terrorçuluğun, separatizmin, ekstremizmin, eləcə də milli, dini və etnik zəmində dözümsüzlüyün artması, humanitar fəlakət həddində qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını, habelə terrorçu və separatçı qruplaşmalar tərəfindən dini, mədəni və tarixi sərvətlərin, abidələrin və məbədlərin dağıdılması ilə bağlı öz dərin narahatlıqlarını bildirdilər; 

Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Sadıxov: "Azərbaycan, Türkiyə və İranı birləşdirən ümumi problemlər var"

Özündə bəşəri dəyərləri əks etdirən İslam və bütün səmavi dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və irsinə əvəzolunmaz töhfə verdiyini, humanizmin, sülhün və ədalətin bərqərar edilməsinə xidmət etdiyini bildiridilər;

İslam həmrəyliyinin mədəniyyətlər və dinlərarası dialoqun inkişafında ümumi bəşəri dəyərərin dünyada təbliği və gələcək nəsillərə ötürülməsində vacib rol oynadığını vurğuladılar;

Davamlı inkişafa, əmin-amanlığa, sabitlik və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrə son qoymaq naminə beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinin vacibliyini önə çəkdilər.

Konfrans iştirakçıları,

Dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlərarası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə çağırırlar; 

Вид на города Иерусалим, фото из архива - Sputnik Azərbaycan
İslam ölkələri hərəkətə keçir: səfirliklər Qüdsə köçürülür

Milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyaya əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar;

Siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya və islamafobiyanın, habelə islam dininin adından sui-istifadə etməklə terrorçuluğun və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırırlar;

Beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorçuluğun, təcavüzkar separatizmin, ekstremizminin qarşısının alınması sahəsində səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar; 

Ильгар Велизаде - Sputnik Azərbaycan
Vəlizadə: “Hər kəsə aydındır ki, Qüds İsrailin nəzarətindədir”

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu kontekstdə sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə çağırırlar;

Bütün səmavi dinlərin Müqəddəs şəhəri — Qüds Əs-Şərif ətrafında baş verən və onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirən siyasi proseslərin qəbuledilməz olduğunu vurğulayaraq, məsələnin hər bir dinə və mədəniyyətə qarşılıqlı hörmət, beynəlxalq hüququn prinsip və normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh yolu ilə həlli istiqamətində səylərin artırılmasına, Beynəlxalq ictimaiyyətin beynəlxalq hüquq normalarına uyğun olaraq Qüdsdəki dini icmaların status-kvosunu nəzərə alınmasında həssas olmağa çağırırıq.

Xəbər lenti
0