19:20 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Hava limanındakı insanlar

Onlar 200 azərbaycanlını geri qaytarıblar

CC0 / Skitterphoto / People
AZƏRBAYCAN
Qısa URL
62110

Elyar Həsənov: "İstənilən xarici vətəndaş Azərbaycanda iş qurmaq istəyib, investisiya qoyursa, o zaman ona problem yaranmır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Bu gün Beynəlxalq miqrantlar günüdür. Təbii ki, Azərbaycanda da kifayət qədər miqrant yaşayır. Turizmin inkişafı nəticəsində Azərbaycana gələn miqrantların sayı günü-gündən artır. Sputnik Azərbaycan mütəxəssislərdən Azərbaycanda yaşayan miqrantlar, onların həyat şəraitləri haqqında məlumatlar əldə edib.

Hüquqşünas Elyar Həsənov bildirib ki, Azərbaycan miqrasiya məsələlərində digər dövlətlərin vətəndaşlarına problem yaratmır: "Bir neçə il öncə Azərbaycanda Miqrasiya Məcəlləsi yaradıldı və bütövlükdə miqrasiya məsələləri bu məcəllə ilə idarə olunmağa başladı. Azərbaycana investisiya qoymaq istəyən istənilən ölkə vətəndaşı üçün burada yaşamaq çox rahatdır. Vətəndaşın Azərbaycanda əmlakı və ya bankda kifayət qədər pulu varsa, miqrant kimi burada yaşamağına icazə verilir".

Hüquqşünas qeyd edib ki, son illər əmək miqrasiyası ilə bağlı gələn miqrantlar bir qədər çətinlik çəkirlər: "Qanunda deyilir ki, Azərbaycanda işsizlər varsa, xarici ölkənin vətəndaşı gəlib burda işləməməlidir. Buna o vaxt icazə verilir ki, həmin işi Azərbaycanda görə bilən işsiz adam olmasın. Amma Azərbaycanda kimsə iş qurmaq istəyirsə, yatırım edirsə, ona problem yaranmır. Burada miqrant axınına məhdudiyyət yoxdur. Əksinə, müəyyən miqdarda pulu olan xarici vətəndaşa şərait yaradılır".

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov də vurğulayıb ki, Azərbaycanda miqrasiya prosesləri kifayət qədər sabit məcrada inkişaf edir: "Avropada baş verən proseslərə baxsaq, görərik ki, orada qaçqın problemi çox qabarıq şəkildə özünü büruzə verir. Bəzi ölkələr, demək olar ki, qaçqın miqrantların kütləvi axınından əziyyət çəkir. Hətta İtaliya, Yunanıstan kimi dövlətlərdə qaçqınlara göstərilən köməklər nəticəsində humanitar böhran da yaşanmaqdadır. Belə ölkələrin fonunda Azərbaycanda gedən miqrasiya prosesləri çox uğurla idarə edilir".

"Burada miqrantların hüquqları kobud şəkildə pozulmur. Hətta bəzi ölkələr qeyri-qanunu miqrasiya edənlərdən əziyyət çəkir. Təbii ki, Azərbaycanda da qeyri-qanuni miqrasiya edənlər olur, amma miqrasiya ilə məşğul olan işçilər tərəfindən qarşısı uğurla alınır. Son ayın statistikasına görə, son bir ayda ölkə ərazisində qeyri-qanuni yaşayan 1600 nəfər miqrant aşkar olunub. Bunların əksəriyyəti də icazə verilən müddətdən artıq Azərbaycanda qalıblar. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən bunu ediblər" – deyə A.Allahverənov bildirib.

Şura sədri onu da vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında readmisiya sazişi imzalanıb: "Sazişə əsasən, Avropa İttifaqının ərazisində qeyri-qanuni əsaslarla yaşayan azərbaycanlı miqrantlar aşkar edildikdə, Azərbaycana qayıdışı təşkil edilir. Həmin miqrantların Azərbaycana qayıdışı üçün bütün xərcləri dövlət öz öhdəliyinə götürüb. Saziş bağlanandan sonra 200-dən çox azərbaycanlı geri qaytarılıb".

"Onu da qeyd edim ki, Azərbaycanda Beynəlxalq Miqrasiya təşkilatı var ki, onlar da Azərbaycana geri qaytarılan vətəndaşların cəmiyyətə uyğunlaşmasına kömək edirlər" – deyə A.Allahverənov bildirib.

Əlaqədar

Tramp miqrantları çox pis təhqir elədi
İl ərzində dünyada həlak olan miqrantların sayı bilindi
İki min miqrant xilas edilib
"Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəksiniz?!"
Miqrant böhranı avropalıları cana doydurub
Teqlər:
qanunlar, Elyar Həsənov, Miqrasiya Məcəlləsi, Azər Allahverənov, miqrant, Azərbaycan

Əsas mövzular