CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan bayrağına hörmətsizlik edən türk professor qovuldu

Abunə olmaq
Universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib

BAKI, 18 dekabr — Sputnik. Türkiyənin Uludağ Universitetinin ilahiyyatçı professoru Salih Pay Azərbaycan bayrağına olan hörmətsizliyin hesabını ağır ödəyib.

Sputnik Azərbaycan yenicag.az-a istinadən xəbər verir ki, Uludağ Universitetinin müəllim-tələbə heyəti, o cümlədən Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan rəhbərlik təfriqəçi professoru işdən azad edib.

Atlet Ramil Quliyev - Sputnik Azərbaycan
İDMAN
Dünya çempionu Azərbaycan bayrağı ilə dövrə vurdu

Məlumata görə, hazırda Salih Payın fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub. Salih Pay bu addımı universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən çıxarıldığını düşünərək atdığını deyib. Pay, hətta şərt də qoyub: "Azərbaycan bayrağı yalnız Ermənistanın bayrağı öz yerinə qaytarıldıqdan sonra asılacaq".

Payın bu hərəkəti sözügedən universitetdə ciddi əks-səda doğurub və tələbələrin kəskin etirazına yol açıb. Eyni zamanda Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu rəzil hərəkətini sərt narazılıqla qarşılamışdı.

Göründüyü kimi, universitet rəhbərliyi məsələnin həssaslığını nəzərə alaraq, Azərbaycan bayrağına hörmətsizlik edən professorun dərsini verib.

Xəbər lenti
0