11:06 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Avtobus salonunda it, arxiv şəkli

Bakıda bu da oldu: İti avtobusda oturacaqda apardılar – VİDEO

CC BY 2.0 / turismotorino / Dogs on the bus
AZƏRBAYCAN
Qısa URL
81 0 0

Həmin mənzərə telefon vasitəsilə çəkilib və görüntüdə maraqlı anlar qeydə alınıb

BAKI, 14 dekabr — Sputnik. Bu gün paytaxt ərazisində fəaliyyət göstərən marşrutların birində maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan yeniavaz.com-a istinadən xəbər verir ki, avtobus "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı dayanacaqda durduğu zaman avtobusa daxil olan sərnişinlər yanlarındakı itləri də salona keçiriblər.

Avtobus sürücüsü isə buna heç bir etiraz bildirməyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturdulub. İtlərdən qorxan bir neçə sərnişin isə avtobusu tərk edib. İtlərin heç birinin ağzında qoruyucu vasitələr olmayıb. Həmin mənzərə telefon vasitəsilə çəkilib və görüntüdə maraqlı anlar qeydə alınıb: Sərnişinlərin ayaq üstə durması, itlərin isə oturacaqlarda oturması insanların da təəccübünə səbəb olub.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nömrəli qərarına əsasən, ictimai nəqliyyatda ev heyvanlarının daşınmasına yol verilmir.

Əlaqədar

Yük maşını məktəb avtobusu ilə toqquşdu, yaralılar var
Bakıda sərnişinin avtobusda ölməsinin səbəbi məlum oldu
Sərnişin avtobusu ilə minik avtomobili toqquşub
"Sürücüsüz avtobuslar" istismara veriləcək
Sərnişinlərin nəzərinə: daha bir avtobus xəttində dəyişiklik olub
Teqlər:
qoruyucu vasitə, oturacaq, ictimai nəqliyyat, Memar Əcəmi, sərnişin, it, avtobus

Əsas mövzular