Ən qüdrətli orduların reytinqi: Azərbaycanla Ermənistan arasında böyük fərq var

© Sputnik / Vladimir Pirogov / Mediabanka keçidЦентр транзитных перевозок ВВС США на базе "Манас"
Центр транзитных перевозок ВВС США на базе Манас - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan hərbi qüdrətinə görə Gürcüstan və Ermənistandan xeyli üstündür

BAKI, 13 dekabr — Sputnik. "Globalfirepower" portalı 2017-ci il üçün hərbi gücünə görə dünya dövlətlərinin reytinqini hazırlayıb. Sputnik Azərbaycan globalfirepower.com-a istinadla xəbər verir ki, Azərbaycan 2017-ci ildə hərbi qüdrətinə görə 133 ölkə arasında 58-ci yerdə qərarlaşıb.

Həmin reytinq cədvəlinə görə, dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarıdır. Onun ardınca Rusiya, Çin və Hindistan gəlir.

Türkiyə bu sırada 8-ci, İran 21-ci, Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə gəlir.

Saytın məlumatına görə, ayrı-ayrı dövlətlərin hərbi gücünü müəyyən edərkən 50 müxtəlif faktor nəzərə alınır. Burada ölkələrin malik olduqları silahlarla yanaşı, onların coğrafi mövqeyi, təbii ehtiyatları, əhalinin sayı və digər amillər də nəzərə alınır.

Xəbər lenti
0