12:20 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
133550

Bu fotolar indiyədək yerli mətbuatda işıq üzü görməyib

BAKI, 12 dekabr — Sputnik. Azərbaycan xalqı artıq 14 ildir ki, böyük Heydər Əliyevi itirib. Bu görkəmli insan uzun və çətin bir həyat, eləcə də siyasi yol keçib.

Azərbaycanın ümummilli lideri və sabiq prezidenti onilliklər ərzində ölkəmizin və Rusiyanın siyasi arenasında fəaliyyət göstərib. 1993-cü ildə ölkədə baş verən hakimiyyət böhranı və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir vaxtda Azərbaycan xalqının tələbi ilə o, hakimiyyətə qayıdıb.

Böyük liderin Azərbaycana qayıdışı ölkəmizin hazırkı inkişafı və çiçəkləməsi üçün vacib addım idi. Hər zaman həyat eşqi ilə dolu olan böyük siyasi lider öz xalqını, Xəzərin sahilini sevirdi, tez-tez neftçilərlə, çörəkçilərlə və digər peşə sahibləri ilə görüşürdü.

Sputnik Azərbaycan-ın əldə etdiyi fotolardan hazırladığı videoslaydda ümummilli liderin istər sovet dövründəki, istərsə də Azərbaycanın müstəqillik və demokratik quruculuq illərindəki fəaliyyətini əks etdirən fotoşəkilləri oxuculara təqdim edirik. Yerli mətbuatda indiyədək yayımlanmayan (əksəriyyəti) bu fotolar göstərir ki, ümummilli lider hər zaman öz xalqınını yanında olub.

Əlaqədar

Mirzəzadə: “Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi”
Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür
Heydər Əliyev siyasəti: Gələcəyə köklənmiş strateji məqsəd
Heydər Əliyevin hakimiyyətə gəlişi
"Heydər Əliyev Jak Şirakın üzünə dedi ki, Fransanı həmsədr kimi görmək istəmir"
Heydər Əliyev və Əbülfəz Elçibəy barədə düşündürücü təklif
Teqlər:
ümummilli lider, foto, xalq, lider, Heydər Əliyev, Azərbaycan, siyasət, prezident

Əsas mövzular