Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

İlham Əliyev ümummilli liderin məzarını ziyarət edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident ulu öndərin məzarı önünə əklil qoyub

BAKI, 12 dekabr — Sputnik. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Первый секретарь Коммунистической партии Азербайджана, кандидат в члены Политбюро ЦК КПСС (с ноября 1982 г. - член Политбюро ЦК КПСС), Герой Социалистического Труда Гейдар Алиевич Алиев в зале заседаний на XXVI съезде КПСС - Sputnik Azərbaycan
Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri Xiyabana gəliblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri mərhum prezidentin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti
0