02:44 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
52 0 0

Prezident ulu öndərin məzarı önünə əklil qoyub

BAKI, 12 dekabr — Sputnik. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri Xiyabana gəliblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri mərhum prezidentin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Əlaqədar

Mirzəzadə: “Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi”
Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür
Heydər Əliyev siyasəti: Gələcəyə köklənmiş strateji məqsəd
Heydər Əliyevin hakimiyyətə gəlişi
"Heydər Əliyev Jak Şirakın üzünə dedi ki, Fransanı həmsədr kimi görmək istəmir"
Teqlər:
ümummilli lider, ziyarət, Fəxri Xiyaban, ulu öndər, Heydər Əliyev, İlham Əliyev, Azərbaycan, prezident

Əsas mövzular