07:16 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
241 0 0

Qəzada ölən qadınlar Rusiya Federasiyasından Azərbaycana qonaq gəlibmiş. Onların ikisi də ixtisasca həkimdi

BAKI, 10 dekabr — Sputnik. Ötən gecə Şəki rayonunda baş vermiş dəhşətli qəzada ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində Rusiya Federasiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova, 1959-cu il təvəllüdlü Şamil Mehdiyev və 1949-cu ildə anadan olmuş Rafael Qasımov vəfat edib. 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı, 1963-cü il təvəllüdlü İsa Abbasov və Rəşad Aslanlı isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.

Bildirilir ki, qəzada ölən qadınlar Rusiya Federasiyasından Azərbaycana qonaq gəlibmiş. Onların ikisi də ixtisasca həkimdir. Digər ölən iki nəfər isə əslən Şəmkir rayonundandır və uzun müddət Rusiyada yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlaqədar

Azərbaycanda ağır yol qəzası: 4 nəfər öldü, 4 nəfər yaralandı
Bakıda ağır qəza oldu, yaralı var
Bakıda yüksək sürət ağır qəzaya səbəb oldu
Sumqayıtda baş verən dəhşətli qəzada üç nəfər öldü
Zabratda dəhşətli qəza olub
Teqlər:
Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolu, Şəki rayonu, ölənlər, həkim, rusiyalı, qadın, qəza

Əsas mövzular