01:11 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Şəfəq Novruzova

Xalq artistimizin qızını Amerikaya dəvət edən erməni kimdir?

© Foto: Instagram / shafastudio
AZƏRBAYCAN
Qısa URL
419 0 0

Bundan əvvəl Şəfəq Novruzovanın erməni stilist Georgi Kotla dostluğu tənqid hədəfinə çevrilmişdi

BAKI, 9 dekabr — Sputnik. Azərbaycan Xalq artisti Ramiz Novruzovun qızı, stilist Şəfəq Novruzova Nyu-Yorkda master-klassa dəvət alıb. Sputnik Azərbaycan Novruzovanın “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, dəvət ABŞ-da yaşayan erməni mənşəli stilist Elisa Ataxanyandan gəlib.

Novruzova dəvətlə bağlı yazıb: “Əziz həmkarlar, məni qonaq qismində Amerikaya master-klassa dəvət ediblər. Tədbirin təşkilatçısı Elisadır”.

Bundan əlavə, Novruzovanı Belçika, Almaniya, Rusiya, Özbəkistan və digər ölkələrdə master-klasslarda iştirak etməyə dəvət ediblər.​

Qeyd edək ki, Elisa Ataxanyan “Beynəlmiləl master-klass” adlı layihə həyata keçirir. Bu layihədə müxtəlif ölkələrdən olan stilistlər iştirak edirlər və təcrübələrini bölüşürlər. Bu dəfə o, Azərbaycandan olan həmkarının çağırıb.

Xatırladaq ki, bundan əvvəl Şəfəq Novruzovanın erməni stilist Georgi Kotla dostluğu tənqid hədəfinə çevrilmişdi. Onun sonuncu paylaşımı da tənqid olunub.

Əlaqədar

Xalq artistinin vəkilindən sərt sözlər: “Zina etməyini haradan sübut edirsiz?”
İndi də Ramiz Məlik xalq artistini məhkəməyə verdi
Azərbaycan xalq artistinin Türkiyəyə səfəri təxirə salınıb
Xalq artisti həmkarını məhkəməyə verdi: 200 min manat tələb
Azərbaycanın xalq artisti “Tı super!Tansı”nın iştirakçılarına müraciət edib
Teqlər:
tənqid, Elisa Ataxanyan, Şəfəq Novruzova, stilist, Xalq artisti Ramiz Novruzov, Amerika, dəvət, layihə, erməni

Əsas mövzular