04:22 15 Dekabr 2017
Canlı yayım
GMO

Geni dəyişdirilmiş qida əlavələri müsadirə olundu

© Sputnik / Galina Naumova
AZƏRBAYCAN
Qısa URL
15 0 0

Cəmi 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib

BAKI, 7 dekabr — Sputnik. Tərkibində GMO elementləri olan külli miqdarda qida əlavəsi yükü saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.

Bu fakt idarə əməkdaşlarının "Lesitin Soyevıy" adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Rusarom" MMC-nin ünvanına daxil olub.

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, cəmi 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Gömrükdən telefon keçirmək istəyən arzusuna çatmadı
Gömrükdə inanılmaz əməliyyat: 2,2 milyon manatlıq siqaret tutuldu
Gömrükdə aşkarlanan şübhəli qutunun içərisindən "zombi həbləri" çıxdı
Kərə yağı niyə bahadır - gömrükdən açıqlama
MDB-nin gömrük idarələrinin nümayəndələri Qəbələdə
Teqlər:
"Rusarom" MMC, qida əlavəsi, Dövlət Gömrük Komitəsi, GMO, Braziliya

Əsas mövzular