CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə yoxlanıldı, qarnında "narkotik anbarı" tapıldı

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidMüsadirə edilən heroin konteynerləri
Müsadirə edilən heroin konteynerləri - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxsin mədəsində 281,105 qram heroin aşkar edilib

BAKI, 1 dekabr — Sputnik. Biləsuvarda saxlanılan şəxsin mədəsindən 55 büküm heroin çıxıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib. Nəticədə, həmin şəxsin mədəsində 55 ədəd bükümdə, ümumi xalis çəkisi 281,105 qram olan narkotik vasitə — heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0