Bu ərazilərdə saatlarla işıq olmayacaq

© pixabay / GregMontaniElektrik lampası, arxiv şəkli
Elektrik lampası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əhmədlidə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

BAKI, 17 noyabr — Sputnik. Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, "Azərenerji" ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01.30-dan 04.30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Xəbər lenti
0