CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni orden təsis edildi - Kimə veriləcək?

Abunə olmaq
Orden Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına xüsusi xidmətlərinə görə veriləcək

BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda Silahlı Qüvvələr üçün “Rəşadət” ordeni təsis olunub. Sputnik AzərbaycanReport”a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Orden Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin işğaldan azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0