Azərbaycan xalqı öz istiqlaliyyətinə belə qovuşdu

© Sputnik / Polzikov / Mediabanka keçidЖители Баку на митинге
Жители Баку на митинге - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xalqının uzunmüddətli mitinqlərinin başladığı gün

BAKI, 17 noyabr — Sputnik. Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur. 17 noyabr tarixi 1992-ci ildə Milli Dirçəliş günü elan olunub.

Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində, XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr Milli Azadlıq Hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Xəbər lenti
0