Bərdə yenə silkələndi

Abunə olmaq
Zəlzələnin gücü 3,5 bala çatıb

BAKI, 16 noyabr — Sputnik. Azərbaycan ərazisində daha bir zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ saat 20:43-də Bərdədən 8 kilometr cənub-qərbdə olub. Titrəyişlərin gücü episentrdə 3 bala kimi hiss olunub.

Zəlzələnin maqnitudası 3,5 bal, dərinliyi 24 kilometr olub.

Xəbər lenti
0