03:54 20 Noyabr 2017
Canlı yayım
Церемония открытия железной дороги Баку-Тбилиси-Карс

Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanılacaq

© Foto: Kayhan Ozer/Turkey's Presidential Palace/Handout via REUTER
AZƏRBAYCAN
Qısa URL
12 0 0

Cavid Qurbanov: “Azərbaycan üzərindən keçən yüklərin təhlükəsizliyi təmin olunacaq, həm də qiymətlər tənzimlənəcək”

BAKI, 15 noyabr — Sputnik. "Azərbaycan üzərindən keçən Şərq-Qərb dəhlizi artıq formalaşıb. Qiymət tarifləri də artıq müəyyənləşdirilib. Bizim fikrimiz kiminsə yükünü dartıb əlindən almaq deyil, sadəcə öz işimizi formalaşdırmaqdır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanla Gürcüstan arasında yol var. Bu yol ilə yük daşımaları Batumi və Poti limanları üzərindən daşınır. Bakıda isə Ələt və Bakı limanlarından daşınır.

Qurbanov qeyd edib ki, Bakı-Tbilisi-Qars yolu Azərbaycana böyük dividentlər gətirəcək: "Bakı-Tbilsi-Qars həm də Astaraya işləyəcək. Türkiyədən gələn yüklərin Astaraya getməsi də təmin olunacaq. Biz bu gün bu yığıncaqda öz niyyətimizi bildirdik və protokol imzaladıq. Tarifləri tənzimlədik, aşağı saldıq. Gürcüstan, Türkiyə, Qazaxıstan dövlətləri öz imzası ilə təsdiq edir ki, Azərbaycan üzərindən keçən yüklərin təhlükəsizliyi təmin olunacaq, həm də qiymətlər tənzimlənəcək".

Qurbanovun sözlərinə görə, Azərbaycanın Qazaxıstanla yük dövriyyəsi keçən ildən 251 faiz artıb: “Yəni bu koridor artıq işləyir. Yüklər Xəzər Dəniz Gəmiçiliyinin verdiyi hesabatla təqribən 2019-cu ildə 3- 4 milyondan çox olmalıdır. Yeni yüklərdən söhbət gedir. Bu həm idxal, həm ixrac və həm də tranzit yüklərinə aiddir. Bundan əlavə, Əfqanıstan da bu işdə maraqlıdır".

Daha sonra Qurbanov bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri qrafikə uyğun həyata keçirilir: "Bu ilin dekabrında artıq I faza üzrə işlər yekunlaşacaq. II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə gələn il başlanılacaq. Azərbaycan tərəfi artıq İrana 500 milyon dollar məbləğində kredit ayırıb və kredit sazişi hər iki ölkə tərəfindən imzalanıb".

Sonda o bildirib ki, daşınma qiymətləri bu gün saytda açıqlanacaq.

Əlaqədar

Şahinoğlu: “BTQ siyasi zəmində bir çox dövlətləri bir-birinə bağlayacaq”
BTQ Azərbaycan və onun qonşularına nə verəcək?
Bağırzadə: “BTQ Azərbaycanın lider rolunu daha da artıracaq ”
Rəsmi Bakı Ermənistanın BTQ-yə qoşulma ehtimalına aydınlıq gətirdi
BTQ layihəsinin iqtisadi və siyasi dividendləri
Teqlər:
yük dövriyyəsi, Bakı-Tbilsi-Qars, Rəşt-Astara dəmir yolu, Cavid Qurbanov, "Şərq-Qərb" dəhlizi

Əsas mövzular