CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yol qəzalarında ölən və yaralananların statistikası açıqlandı

CC0 / floz / Car crashQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb

BAKI, 14 noyabr — Sputnik. 2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 166 ölüm, 461 xəsarət qeydə alınıb.

V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib ki, bu da dövlət yol polisi tərəfindən keçirilən məqsədli tədbirlərin nəticəsidir.

Xəbər lenti
0