17:58 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Rəsmi Bakıdan İraqda saxlanılan azərbaycanlı qadınlarla bağlı münasibət

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
69 0 0

Azərbaycan XİN İraqda 200 azərbaycanlı qadının saxlanılmasına dair xəbərə münasibət bildirib

BAKI, 9 noyabr — Sputnik. Azərbaycan XİN xarici KİV-lərdə İraq hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib. Xəbəri Sputnik Azərbaycan-a şərh edən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını bildirib.

“Bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır” — deyə Hikmət Hacıyev qeyd edib. 

Qeyd edək ki, iraqlı xanım deputat Vian Daxil bir qədər əvvəl hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib.

Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.

Daxil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb. 

Əlaqədar

Deputat: İraq həbsxanasında 200 azərbaycanlı qadın saxlanır
XİN: "Azərbaycana qarşı siyasət yürüdən qruplar niyyətlərinə nail ola bilməyəcəklər"
Türkiyə XİN Dağlıq Qarabağla bağlı bəyanat yaydı
Azərbaycan XİN Las-Veqas hadisəsinə münasibət bildirdi
Teqlər:
Azərbaycanlı qadınların həbsi, XİN, İŞİD, Vian Daxil, Hikmət Hacıyev, Azərbaycan, İraq

Əsas mövzular