15:51 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
348 0 0

Alkoqollu içikərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub

BAKI, 7 noyabr – Sputnik. 2018-ci ildən etibarən ölkədə alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitələrin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilərin və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Ona görə, tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

Nazir deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif olunur və dəyişikliklər dövlət başçısına təqdim edilib. Aksiz dərəcələrinin artırılması ilə bağlı dəyişiklik gələn il qüvvəyə minəcək. Nəticədə büdcənin gəlirləri artacaq.

Əlaqədar

Orada kofe və energetik içki içmək olmaz, qadağandır...
Azərbaycanda enerji içkilərinin satışı məhdudlaşdırılacaq
Həkim: "Qazlı içkilərdən zəhərlənə bilərsiniz"
Ekspert: “Sərinləşdirici içkilər alarkən diqqətli olun”
Spirtli içkidən zəhərləndi
Teqlər:
maliyyə naziri Samir Şərifov, aksiz vergi dərəcəsi, alkoqollu içkilər, Vergi Məcəlləsi, Milli Məclis

Əsas mövzular